Nensi Pelosi Trampı axmaq adlandırıb və onu yalan bəyanat verməkdə ittiham edib

ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ölkə iqtisadiyyatının çökməsinin bir il ərzində baş verə biləcəyini deyən sabiq prezident Donald Trampı tənqid edib...

Poliqon MSNBC telekanalına istinadən xəbər verir ki, nümayəndə sabiq dövlət başçısının sözlərini yalan və axmaqlıq adlandırıb.

Keçmiş spikerin sözlərinə görə, Tramp ABŞ iqtisadiyyatının çökməsini istəyir, lakin bunun adi amerikalılar üçün nə demək olacağını anlamır.

"Amerikalı işləyən ailələr üçün bunun nə demək olduğu onun vecinə deyil. Ola bilsin ki, onun kampaniyasına pul qoyan zəngin dostlarından bəziləri - vergi ödəmək istəmədikləri üçün - iqtisadiyyatın nə olduğunu başa düşmədən onun bacarıqsızlığını fərq edə bilərlər", deyə Nensi Pelosi bildirib.

Pelosinin fikrincə, dövlət başçısı postuna namizəd axmaq və yalan bəyanat verib.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ iqtisadiyyatının kövrək olduğunu və bir il ərzində çökə biləcəyini bildirmişdi.

Poliqon.info