Əsrin seks qalmaqalı - Məşhur siyasətçilərin adı cinsi təcavüz iddialarında...

Aralarında Trampın, Klintonun və şahzadə Endryunin da olduğu siyasətçilərin azyaşlı qızlarla videolarının olduğu iddia edilir...

ABŞ mətbuatında yer alan iddialarda cinsi istismar ittihamı ilə həbs olunan və həbsxanada ölən iş adamı Ceffri Epsteynə aid dosyelərdə bir çox məşhurun da adı var.

Poliqon Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, britaniyalı iş adamı Riçard Branson və Britaniya şahzadəsi Endryünün Epşteynə məxsus adada cinsi əlaqədə olduqlarını əks etdirən videoların çəkildiyini iddia edilib.

Dosyelərdə Epşteynin sevgilisi Sara Rensomun keçmiş ABŞ prezidenti Donald Trampı ittiham edən açıqlamaları, həmçinin Klinton və Bransona qarşı ittihamları da var. İş çərçivəsində e-poçtları araşdırılan Rensomun paylaşımlarından birində o, “rəfiqəsinin Trampla əlaqəsi olan qızlardan biri olduğunu” yazıb. Onun başqa bir rəfiqəsinin isə Klintonla münasibətinin olduğu bildirilir.

Qeyd edək ki, ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi istismarda və fahişəlik şəbəkəsi yaratmaqda günahlandırılan Ceffri Epsteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Epsteynin başqa bir sevgilisi Qislen Maksvell məhkəmədə Epsteynlə birlikdə yetkinlik yaşına çatmayan qızları bəzi zəngin, məşhur adamlar və dövlət məmurları üçün fahişəliyə cəlb etməsinin təşkilində, onun qeyri-qanuni fəaliyyətinə yardım etdiyi iddiası ilə mühakimə olunub.

Digər tərəfdən, Epstein-in qurbanlarından olan Virciniya Cufre 2021-ci ildə Nyu Yorkda məhkəməyə müraciət edərək, şahzadə Endryunun 17 yaşında olarkən Nyu York və Londonda ona təcavüz etdiyini iddia etmişdi. Cufre bildirib ki, şahzadə onu yetkinlik yaşına çatmadığını bildiyi halda, razılığı olmadan zorlayıb.

Poliqon.info