Polşada keçmiş Daxili İşlər naziri və onun müavini prezident sarayında həbs edilib

Varşavada Polşa Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun keçmiş müavini Maçey Vonsiki saxlayıblar...

Poliqon xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb. Məlumata görə, Mariuş Kaminski və Maciej Vońsik dövlət başçısı Anjey Dudanın müşavirlərinin təyin edilməsi mərasimində iştirak etdikləri prezident sarayında saxlanılıblar.

Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, keçmiş nazir və onun keçmiş müavini “məhkəmə qərarına əsasən” saxlanılıb.

Kaminski və Vońsik 2019-2023-cü illərdə nazir vəzifələrində çalışıblar. Keçən ilin sonunda onlar “Qanun və ədalət” partiyasından Polşa Seyminə seçiliblər, lakin sonda mandatlarından məhrum ediliblər.

Keçmiş nazir və müavini 2015-ci ildə siyasətçilər 2007-ci ildə torpaq qalmaqalı ilə bağlı cinayət işində vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz əməliyyat fəaliyyətində təqsirli bilinirlər. 2015-ci ildə Anjey Duda Mariusz Kaminski və Maciej Vońsikə amnistiya verib. Lakin, hazırda Donald Tuskun rəhbərlik etdiyi Polşa hökuməti əmindir ki, dövlət başçısının bunu etməyə haqqı yoxdur. Çünki 2023-cü ilin dekabrında məhkəmə Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin işi üzrə yeni qərar çıxararaq, onu iki il müddətinə azadlıqdan məhrum edib.

Poliqon.info