Vyetnamda “Su-22” qırıcısı qəzaya uğrayıb

Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus “Su-22” qırıcısı mərkəzi Quanq-Nam əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb, pilot katapult edib...

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, havaya qalxdıqdan 10 dəqiqə sonra pilot hərbi təyyarədə problemlər olduğunu bildirib və ona qırıcını insanların yaşadığı ərazidən uzaqlaşdırmaq əmri verilib.

Qeyd edilib ki, qırıcı uçuş-enmə zolağından 19 kilometr cənubda qəzaya uğrayıb, katapult edən pilotun səhhəti sabitdir.

Poliqon.info