Keçən il 61 adda dərslik yenilənib - Foto

Keçən il 61 adda dərslik yenilənib.

Poliqon xəbər verir ki, həmin müddətdə 318 adda 7 758 970 nüsxə dərslik çap edilib.

Bundan başqa, 21 adda dərslik Brayl əlifbası ilə çap olunub. 4 azsaylı xalqın dilində 13 dərslik yenilənib və 19 150 nüsxədə çap edilib.

Həmçinin məktəbəhazırlıq qrupları üçün 5 adda 32 000 əlavə tədris vəsaiti hazırlanıb.

Poliqon.info