Perinatal Mərkəzdəki yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir

Respublika Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir

"Report"un məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal mərkəzdəki yanğından sonra təxliyyə edilənlərin son durumu haqqında danışarkən deyib.

Onun sözlərinə görə, 60 uşaq TƏBİB-in tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub: "Həmin uşaqların yanıq xəsarətləri yoxdur. Perinatal Mərkəzdə müalicə alanlar vaxtından öncə doğulan və ya yanaşı patalogiyası olan uşaqlardır. Onlarda təxliyə ilə bağlı hansısa ağırlaşma baş verməyib. Uşaqların durumu tam nəzarətdədir. Onların müalicələri davam etdirilir".

Qeyd edək ki, Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilib.

Poliqon.info