Sumqayıtda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 3 517 nəfərdir.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt şəhər Narkoloji Dispanserdən bildirilib.

Məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 6 452 nəfərdir. Narkotik istifadəçilərinin sayı isə 3 517 nəfər təşkil edir. Onlardan 114 nəfəri qadındır.

Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 942 nəfərdir. Onların 22-i zərif cinsin nümayəndəsidir.

Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.

Poliqon.info