Tramp ABŞ iqtisadiyyatının bir il müddətində çökəcəyini proqnozlaşdırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ölkə iqtisadiyyatı həssas dönəm yaşayır və bir il ərzində çökə bilər...

Poliqon The Hill qəzetinə istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı jurnalist Lou Dobbsa müsahibəsində bildirib.

"Bizim iqtisadiyyatımız həssas dönəm yaşayır və onun indi işləməsinin yeganə səbəbi gördüyümüz işin buxarıdır. Ümid edirəm ki, növbəti 12 ay ərzində qəza baş verəcək”, deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Naziri Janet Yellen deyib ki, xəzinə bazarı təhlükəsiz və likviddir, bu isə onu göstərir ki, ABŞ iqtisadiyyatı güclüdür. Yellen etiraf edib ki, uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi davam edərsə borcun davamlılığı üçün problem yaranacaq.

Poliqon.info