Çinlə ABŞ və Avropa arasında yeni ticarət müharibələri yarana bilər

Çinin iqtisadi səyləri daşınmaz əmlak sektoruna deyil, istehsala yönəltmək qərarı ABŞ, Avropa və digər ölkələr arasında ticarət müharibələrinə səbəb ola bilər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi yazıb.

Agentlik qeyd edir ki, iqtisadiyyatdakı problemlər səbəbindən Çin istehsala xüsusi diqqət yetirməyə başlayıb, daşınmaz əmlak arxa plana keçib. Bu strategiya sayəsində ölkə 2008-ci ildə ABŞ-da daşınmaz əmlak bazarının çökdüyü zaman baş vermiş tənəzzülün qarşısını ala bilir. Eyni zamanda, ekspertlər Çinin digər ölkələrlə qlobal ticarətində gərginliyin artmasına səbəb ola biləcək disbalans riskinin ola biləcəyindən ehtiyat edirlər.

"İstehsalın diqqət mərkəzində olması sənaye müəssisələrinə verilən kreditlərin sayının artmasına və məhsulların - avtomobillərdən tutmuş paltaryuyan maşınlara qədər ixracının artmasına səbəb olur. Çin elektrik nəqliyyat vasitələri, akkumulyatorlar və günəş panelləri istehsalında ən çox uğur qazanıb. Eyni zamanda, Çin sənaye məhsullarının təxminən 45%-i digər ölkələrə göndərilir, çünki çinlilərin özləri ölkə daxilində istehsal olunan hər şeyi ödəyə bilmirlər", deyə "Bloomberg" yazıb.

Nəticədə Çinin bu səyləri ABŞ, Avropa və digər böyük iqtisadiyyatlarla yeni ticarət müharibələrinin yaranmasına səbəb ola bilər.

Poliqon.info