Ukraynalı hakerlər Rusiyanın “Alfa-Bank”ını ələ keçiriblər

Ukraynanın “Kiborg” haker qrupu Rusiyanın “Alfa-Bankı”nın bütün müştəri məlumat bazasını ictimaiyyətə açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə haker qrupu öz saytında məlumat yayıb.

“Kiborg” hakerləri NLB hakerləri ilə əməkdaşlıq edərək 2023-cü ilin oktyabrında müştəri məlumat bazasına daxil olub və 44 min müştəri haqqında məlumat dərc ediblər.

Nəşr edilmiş məlumat bazasında 38 milyon unikal fiziki və hüquqi şəxsin tam adları, doğum tarixləri, telefon nömrələri, kartları və hesabları haqqında məlumatlar var.

Söhbət 24 milyondan çox fərdi müştəridən və hüquqi şəxslər haqqında 13 milyondan çox məlumatdan gedir.

Poliqon.info