Türkiyə Ukrayna ilə bağlı danışıqların bərpası üçün səylərini davam edəcək

Türkiyə 2024-cü ildə Ukrayna ilə bağlı İstanbul danışıqlarının bərpasının davam etməsini istəyir...

Poliqon xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə “RİA Novosti” Agentliyinə bildirib. Mənbə qeyd edib ki, Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik səyləri Türkiyənin 2024-cü ildəki xarici siyasət hədəflərinin bir hissəsidir.

Mənbə həmçinin Ankaranın İstanbul danışıqları prosesinin bərpasını təklif edəcəyinə aydınlıq gətirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan əvvəllər dəfələrlə Türkiyənin istənilən vasitəçiliyə, o cümlədən İstanbul sülh danışıqlarının bərpasına və Rusiya və Ukrayna liderləri arasında görüşə hazır olması barədə danışıb”, deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, bütün bu siqnallar 2024-cü ildə tərəflərə veriləcək.

Poliqon.info