Ərdoğan və Putiin görüşü konkretləşdirilməyib...

Türkiyə rəsmiləri Putin və Ərdoğanın görüşünə dair konkret məlumatın olmadığını açıqlayıb...

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır, lakin tarix və yer hələ seçilməyib.

Poliqon xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Hələlik konkret məlumat yoxdur. İclasın gündəliyi var, diplomatik kanallar vasitəsilə müvafiq işlər aparılır”, deyə Türkiyə Prezident Administrasiyasının nümayəndələri “RİA Novosti” Agentliyinə bildiriblər.

Qeyd edək ki, Vladimir Putin dekabrın 14-də Türkiyəyə planlaşdırdığı səfərdən danışıb. Elə həmin ay Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin səfərinin “gündəmdə” olduğunu, lakin dəqiq tarixlərin olmadığını söyləyib.

Poliqon.info