ABŞ Konqresi Pentaqonun rəhbərinə impiçment elan etmək istəyir

Pentaqonun rəhbəri Ostin xəstəxanaya yerləşdirildiyini gizlətdiyi üçün Konqres ona qarşı impiçment elan etmək niyyətindədir...

ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Mett Rozendeyl keçən həftə xəstəxanaya yerləşdirildiyi barədə Ağ Evə və Konqresə məlumat vermədiyinə görə müdafiə naziri Lloyd Ostinin impiçmenti üçün qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə bu barədə The Hill nəşri məlumat yayıb. Qeyd edilir ki, Rozendeyl bu gün, yanvarın 9-da Nümayəndələr Palatasının iclasında impiçment qətnaməsini təqdim etməyi planlaşdırır.

Konqresmen bildirib ki, Ostinin Vaşinqtondakı Uolter Rid Milli Hərbi Tibb Mərkəzində qaldığını açıqlamamaq qərarı onun vəzifə andını pozub və Amerika xalqının həyatını təhlükəyə atılıb.

Poliqon.info