Maduro ABŞ-dan Venesuelaya qarşı sanksiyaları tamamilə ləğv etməyi tələb edib

Venesuela prezidenti hesab edir ki, onun ölkəsinə qarşı tətbiq edilən sanksiyalar şərt irəli sürmədən ləğv edilməlidir...

ABŞ heç bir şərt irəli sürmədən Venesuelaya qarşı bütün sanksiyaları ləğv etməlidir.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu tələblə Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduro çıxış edib.

Yanvarın 9-da Maduro ölkənin Milli Assambleyasında təmsil olunan siyasi partiyaların liderləri ilə görüşü zamanı ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi hər hansı sanksiyaları hələ də ləğv etmədiyini xatırladıb. Prezidentin sözlərinə görə, Vaşinqton yalnız ayrı-ayrı şirkətlərə Venesuelada fəaliyyət göstərmək üçün müvəqqəti lisenziyalar verib.

“Biz səsimizi ucaltmalı və ölkəmizin bütün gücü ilə Amerika Birləşmiş Ştatlarından iqtisadiyyata, cəmiyyətə və Venesuelaya qarşı bütün sanksiyaları tamamilə və nəhayət ləğv etməyi tələb etməliyik”, deyə Maduro bildirib.

Prezident qeyd edib ki, ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930 birtərəfli məhdudlaşdırıcı tədbir görüb. Ölkə iqtisadiyyatı üçün ən nəzərə çarpan və ən zərərli sanksiyalar 2019-cu ildə Venesuelanın dövlət neft-qaz şirkəti Petroleos de Venezuela (PDVSA)-ya qarşı tətbiq edilən sanksiyalar olub. Neft sənayesinə tətbiq edilən məhdudiyyətlərin nəticəsi Venesuelanın 232 milyard dollardan çox itkisi oldu.

Poliqon.info