Anasız böyüdü, qızını anasız qoydu, həyat yoldaşının ad günündə öldü - Video

AzTV-də yayımlanan "Yüz ilin sirləri" verilişi "Bəxt üzüyü"nün "Sevda"sı, müğənni-aktrisa Firəngiz Rəhimbəyovaya həsr edilib...

ABŞ-da yaşayan və orada ürəktutmasından dünyasını dəyişən F.Rəhimbəyovanın ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüb.

Verilişdə 80-ci illərdə Azərbaycan müasir estradasının üzvlərindən biri olan F.Rəhimbəyovanın karyerasının zirvəsində ölkəni tərk etməsinin və Bakıda ailə həyatının alınmamasının səbəbi, vəfatından bir neçə gün əvvəl görüntülərini və ailə arxivi təqdim edilib.

ABŞ-da yaşayan qızı, nəvəsi və ən yaxın dostu, aparıcı Səxavət Nur, Bakıda isə aktrisanın rəfiqəsi Əməkdar artist Suğra Bağırzadə və onunla işləyən bəstəkar Siyavuş Kərimi danışıb. (Axşam.az)

Poliqon.info