ABŞ seçkilərinin faciəsi: Bayden və Trampın əsas diqqəti keçmişə yönələcək...

Qarşıdan gələn ABŞ seçkilərinin faciəsi ondan ibarətdir ki, hazırkı prezident Co Bayden və keçmiş dövlət başçısı Donald Trampın əsas diqqəti keçmişə, yəni 2020-ci il seçkilərinə və sonradan Kapitoliyə hücuma yönələcək...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The Wall Street Journal qəzeti yazıb.

"Co Bayden və Donald Tramp arasında 2024-cü il revanş matçının faciələrindən biri odur ki, hər şey keçmişdə, xüsusən də son seçkidə olacaq", deyə nəşr qeyd edib.

Məqalədə 2024-cü il ABŞ seçkilərinin böyük ehtimalla "retrospektiv" olacağı vurğulanır, çünki Tramp 2020-ci il seçkilərinin oğurlandığını bəyan etməlidir.

Bu arada, Missuri ştatından Senatın respublikaçı üzvü Erik Şmit "Fox News" telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden ölkə tarixinin ən pis prezidentlərindən biridir.

"Bayden ABŞ tarixindəki ən pis prezidentlərdən biridir", deyə senator bildirib.

Erik Şmit Baydenin iqtisadi siyasətindən də mənfi adlandırıb. Onun fikrincə, bu, seçicilərə mənfi təsir göstərir. O, həmçinin Amerika prezidentinin administrasiyasını tam bir fəlakət adlandırıb.

Poliqon.info