Gömrük prosesi sadələşdirildi... - Dəyişiklik keçid məntəqələrində korrupsiyanın azalmasına yol açacaq?..

Azərbaycanda sahibkarlar üçün gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib...

İqtisadçı-ekspert: “Təbii ki, gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi, elektronlaşdırılması həm qeyri-şəffaflığı azaldır, həm də vergi ödəyicilərinə xidməti rahatlaşdırır” .

“2016-cı ildən sonra gömrükdə görülən işlər, şəffaflığın, hesabatlılığın artması, gömrüyün sahibkarlara, vətəndaşlara xidmət sahəsində xidmətin təkmilləşməsi, cavabdehliyi artması prosesini müsbət qiymətləndirirəm”.

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Dövlət Gömrük Komitəsində baş verən yenilikləri Poliqon-a şərh edərkən qeyd edib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə Azərbaycanda sahibkarlar üçün gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib. Bundan sonra sahibkarlar e.customs.gov.az portalı vasitəsilə malların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının (TN FEA) kodunu əvvəlcədən müəyyən edə biləcəklər.

Bu dəyişikliyi nə qədər pozitiv addım adlandırmaq olar və dəyişiklik keçid məntəqələrindəki korrupsiyanın azalmasına yol aça bilərmi? Ümumiyyətlə, Komitədə baş verən kadr dəyişikliklərindən sonra gömrük qurumlarının fəaliyyətini necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli: “Dövlət Gömrük Komitəsində baş verən kadr dəyişikliklərini müsbət qiymətləndirirəm”.

Vergi ödəyicilərinin gömrükdən mallarını keçirəndən özlərinə uyğun olan şəkildə çox rahat rəsmiləşmələri həyata keçirdiklərini vurğulayan ekspert Poliqon-a bildirib ki, bütün bunlar şəffaflığın artması, elektronlaşmada korrupsiyanın azalmasına təsir göstərir:

“Təbii ki, gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi, elektronlaşdırılması həm qeyri-şəffaflığı azaldır, həm də vergi ödəyicilərinə xidməti rahatlaşdırır. Vergi ödəyiciləri gömrükdən mallarını keçirəndən özlərinə uyğun olan şəkildə çox rahat rəsmiləşmələri həyata keçirirlər. Bütün bunlar şəffaflığın artması, elektronlaşmada korrupsiyanın azalmasına təsir göstərir.

Mən Dövlət Gömrük Komitəsində baş verən kadr dəyişikliklərini müsbət qiymətləndirirəm. Ümumiyyətlə, 2016-cı ildən sonra gömrükdə görülən işlər, şəffaflığın, hesabatlılığın artması, gömrüyün sahibkarlara, vətəndaşlara xidmət sahəsində xidmətin təkmilləşməsi, cavabdehliyi artması prosesini müsbət qiymətləndirirəm”.

Nərminə UMUDLU Poliqon.info