Avropalı terrorist həbsxanada saxlanmasından narazıdır

Buna görə aralarında çoxlu sayda yeniyetmənin olduğu 100-ə qədər insanı qətl edən terorist dövləti məhkəməyə verib...

PoliqonReuters Agentliyinə istinadən xəbər verir ki, 2011-ci ildə Norveçdə partlayış və atışma nəticəsində 77 nəfərin qətlinə səbəb olan ifrat sağçı fanatik Anders Behring Breivik bazar ertəsi məhkəməyə şikayət verərək həbsxanada təcrid olunmasına son qoyulmasını istəyəcək və ozünün insan hüquqlarının pozduğunu iddia edəcək.

Hücumlarından əvvəl öz nəzəriyyələrini ortaya qoyan bir manifestin nüsxələrini elektron poçtla göndərən 44 yaşlı avropalı terrorist xarici dünya ilə yazışmalarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün dövləti məhkəməyə verir.

Qeyd edək ki, 2011-ci ildə Breyvik Osloda avtomobilinə yerləşdirilmiş bomba ilə səkkiz nəfəri öldürüb, daha sonra əksəriyyəti yeniyetmə olan 69 nəfəri güllələmişdi. Onun işi uzun müddət öz ədliyyə sisteminin reabilitasiya səyləri ilə fəxr edən ölkə üçün ağır sınaq olub.

Breyvik vaxtını Oslodan 70 km şimal-qərbdə yerləşən Ringerike yüksək təhlükəsizlik həbsxanasının bir hissəsində keçirir. Bu onun cəza çəkdiyi üçüncü həbsxanadır.

Poliqon.info