ABŞ Konqresinə basqının çarpıcı görüntüləri ortaya çıxıb - Video

2016-cı il yanvarın 6-da Nümayəndələr Palatasının qapısında yaşanan gərginlik etirazçının mobil telefonuna çəkilib...

Poliqon xəbər verir ki, ABŞ Konqresinə basqın zamanı cib telefonu ilə çəkilmiş və 2021-ci il yanvarın 6-da Nümayəndələr Palatasının girişindəki gərgin qarşıdurmanı əks etdirən yeni və təəccüblü video iğtişaşçı Deymon Beklinin mühakimə olunmasından əvvəl sübut kimi məhkəməyə təqdim edilib.

İğtişaşçılar təhqiamzi ifadlər qışqırarkən və seçki saxtakarlığı ilə bağlı qəzəbli iddialar irəli sürürkən, Konqresin iki Respublikaçı üzvü sınıq şüşə arxasından onlarla qarşılaşır və hüquq-mühafizə orqanlarının əməkdaşları silahlarını palatanın əsas qapısını sındırmağa çalışan kütləyə doğru yönəldirlər.

NBC News telekanalı vasitəsi ilə mətbuata yayılan görüntülər, bir çox Konqres üzvlərin və əməkdaşlarının, media mənsublarının qapandığı Konqres zalına çatmağa çalışan iğtişaşçıların motivasiyası haqqında aydın təsəvvür yaradır.

Həmin gün yaşananları görüntüləyən videolar və fotoşəkillər artıq Konqres qapılarının içəridəkilər tərəfindən necə barrikada edildiyini, izdihamın içəri girib pəncərəli qapıların şüşələrini sındırmağa başladığını göstərir.

Poliqon.info