Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - Foto

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Əsas yolda hərəkətdə olan “Chevrolet” markalı minik avtomobilinin yoluna “Toyota Prius” markalı nəqliyyat vasitəsi çıxıb. Nəticədə qəza qaçılmaz olub. Hadisə zamanı avtomobillərə və yol infrastrukturuna ciddi ziyan dəyib. “Toyota Prius”un sürücüsü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Poliqon.info