İsraillə HƏMAS-ın danışıqlar prosesi dalana dirənib

Qətərin Baş naziri: HƏMAS Siyasi Bürosunun üzvünün öldürülməsi məhbuslarla bağlı vəziyyəti çətinləşdirib...

Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Saleh əl-Arurinin qətli Qətərin girovların azad edilməsi üzrə danışıqlarda vasitəçilik qabiliyyətinə mənfi təsir göstərib,

Poliqon xəbər verir ki, bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib.

“Girovların azad edilməsi üçün davam edən danışıqlarda çətinliklərlə üzləşirik. HƏMAS-ın yüksək rütbəli üzvünə hücum Qətərin münaqişə tərəfləri arasında danışıqlarda vasitəçiliyini çətinləşdirir”, deyə Baş nazir ABŞ Dövlət Katibi Entoni Blinkenlə birgə mətbuat konfransı zamanı deyib.

Eyni zamanda Qətərin Baş naziri vurğulayıb ki, ölkəsi həm HƏMAS tərəfindən əsir götürülmüş girovların azad edilməsi, həm də münaqişənin tam həlli üçün bütün mümkün vasitəçilik səylərini” davam etdirəcək.

Qeyd edək ki, bundan əvvəl Amerikanın NBC News telekanalı İsrailin HƏMAS-ın Livandakı ofisinə endirdiyi zərbəyə görə girovların azad edilməsi ilə bağlı danışıqların faktiki olaraq dayandırıldığını bildirmişdi.

Xatırladaq ki, yanvarın 2-də İsrailə məxsus pilotsuz təyyarə Beyrutun cənub ətraflarında HƏMAS-ın ofisinə zərbə endirib. Nəticədə Saleh əl-Aruri də daxil olmaqla 4 nəfər həlak olub.

Poliqon.info