Mahir Emrelinin durumuna aydınlıq gəlib

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib...

"Report"un əldə etdiyi məlumata görə, “Roqaşka”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem aşkarlanmayıb.

Ultra səs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftə müalicəyə ehtiyac duyacaq.

Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.

Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Poliqon.info