FHN-dən yanğınsöndürən maşının qəza törətməsi ilə bağlı açıqlama -Yenilənib

Qəza FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yanğınsöndürən avtomobil hadisə yerinə gedərkən baş verib...

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində qeydə alınıb:

“Belə ki, sözügedən istiqamətdə hərəkət edən yanğısöndürən maşının sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaqdan yayınmaq üçün məcburən hərəkət istiqamətini dəyişib və bu zaman yoldan kənara çıxıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”.

***

Paytaxtda yanğınsöndürən maşın qəza törədib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, maşın yol kənarındakı reklam lövhəsini vuraraq aşırıb.

Poliqon.info