Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb

Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 128-ə çatıb...

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatları təsdiq edir.

Qeyd edilib ki, təcili yardım xidmətləri hələ də 222 nəfəri tapa bilməyib. Ən böyük ziyan İsikava prefekturasına dəyib. Təsirə məruz qalan bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir.

Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər bir gün əvvəl dağıntılar altında beş gün qalmış 90 yaşlı qadını çıxarmağa müvəffəq olublar.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 560 nəfər xəsarət alıb. Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.

Poliqon.info