Şarl Mişeldən sonra Avropa İttifaqı Şurasına Viktor Orban rəhbərlik edə bilər

Avropa İttifaqı Şurasına sədrlik qurumun hazırkı rəhbəri Şarl Mişelin istefasından sonra müvəqqəti olaraq Macarıstanın Baş naziri Viktor Orbana keçə bilər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın"Politico qəzeti yazıb. Nəşr bunu 2024-cü ilin iyul-dekabr aylarında Avropa İttifaqı Şurasına Macarıstanın sədrlik etməsi ilə əlaqələndirib.

"Mişel seçilərsə, iyulun ortalarında Avropa Parlamentində öz yerini tutmağı planlaşdırır. Bu səbəbdən Avropa İttifaqı liderləri onun boşaldılmış Şura postunun varisini tez bir zamanda razılaşdırmalı olacaqlar. Əgər buna nail ola bilməsələr, iclaslara iyulda ölkəsi Avropa İttifaqı Şurasına sədrlik edəcək Macarıstanın baş naziri Viktor Orban rəhbərlik edəcək", deyə nəşr qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vaxtından bir neçə ay əvvəl vəzifəsini tərk edə biləcəyi bildirilib. Siyasətçi iyunun 6-9-da Avropa Parlamentinə keçiriləcək seçkilərdə rəhbərlik etdiyi İslahatlar Hərəkatı Partiyasının nümayəndəsi kimi iştirak etmək niyyətindədir. Avropa Parlamentinə daxil olarsa, Mişel Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsindən istefa verməyi planlaşdırır, çünki hər iki vəzifəni eyni vaxtda tutmaq Avropa ittifaqı qanunları ilə qadağandır.

Poliqon.info