Alimlərdən yeni kəşf: Gənc qalaktikalar diskə yox, banana bənzəyir...

Gənc qalaktikalar ənənəvi diskə deyil, banana bənzəyirlər...

Poliqon xəbər verir ki, bu qənaətə Kolumbiya Universitetinin postdoktorantı Viraj Pandyanın rəhbərlik etdiyi bir qrup astronom gəlib. Bu barədə "The New York Times" astronomların araşdırmasına istinadən yazır.

"Ceyms Uebb Kosmik Teleskopunun yeni təsvirlərinin təhlilinə əsasən, gənc qalaktikalar nə diskə, nə də yumurtaya bənzəyir. Onlar banana oxşayır", deyə nəşr qeyd edir.

Alimlər Ceyms Uebbin kəşf etdiyi dörd mindən çox gənc qalaktikanın şəkillərini yenidən araşdırıblar.

Alimlər hesab edirlər ki, onların kəşfi qalaktikaların görünüşü və böyüməsi, eləcə də onların formalaşmasına təsir edən qaranlıq maddənin təsiri ilə bağlı mövcud nöqteyi-nəzəri əhəmiyyətli dərəcədə dəyişə bilər.

Viraj Pandyanın özünün dediyinə görə, astronomlar indiyə qədər qalaktikaların şəkillərini kosmosun yalnız bir hissəsindən qiymətləndiriblər, lakin sonradan digər seqmentlərə keçəcəklər ki, bu da səma boyu müxtəlif üçölçülü formalı qalaktikaları tapmağa imkan verəcək.

Poliqon.info