Tramp: Bayden seçkiyə qədər ABŞ-ı məhv edə bilər...

Tramp bildirib ki, Co Bayden III Dünya Müharibəsinə başlaya və seçkidən əvvəl ABŞ-ı məhv edə bilər...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş lideri Donald Tramp hazırkı prezident Co Bayden III Dünya Müharibəsini başlada və ABŞ-ı hələ prezident seçkilərindən əvvəl məhv edə biləcəyini bildirib.

“Seçkilərə yaxın olsaq da, kifayət qədər yaxın deyilik... On ay ərzində Co Baydenin administrasiyası ölkəmizi tamamilə məhv edə bilər”, deyə siyasətçi qeyd edib.

Tramp həmçinin bildirib ki, o, Baydendən fərqli olaraq dünya liderləri ilə necə anlaşacağını bildiyi üçün Ukrayna və Yaxın Şərqdə münaqişələrin genişlənməsinə imkan verməyəcək. Sabiq prezident əlavə edib ki, o, ABŞ-ı xilas etməyə qadir olan yeganə dövlət başçı namizədidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti demokrat Barak Obama ölkənin hazırkı rəhbəri Co Baydeni Donald Trampın Ağ Evə mümkün qayıdışından qorxduğu üçün seçki kampaniyasını gücləndirməyə çağırıb.

Poliqon.info