Gürcü kilsəsində Stalini təsvir edən ikona peyda olub

Gürcüstanın Tsminda Sameba məbədində Stalini təsvir edən ikona tapılıb...

Poliqon xəbər verir ki, bu barədə gürcü tarixçisi və siyasətçisi Giorgi Kandelaki öz Facebook səhifəsində yazıb. Kandelaki bildirib ki, Tbilisidə Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedrali) İosif Stalinin ikonası peyda olub.

Tarixçi müvafiq videonu dərc edib. Kadrlarda ikonanın işarələnməsi səhnələrindən birində Stalinin ikonası görünür.

Videonun altındakı paylaşımda müxalifətçi Stalini “Gürcüstanın müstəqilliyinin məhv edilməsinin təşəbbüskarı” adlandırıb və onu ruhaniləri təqib etməkdə ittiham edib. O, həmçinin ikonanın peyda olmasını “Rus informasiya müharibəsi maşınının uğuru” ilə əlaqələndirib.

“Rusiya informasiya maşınının daha bir uğuru, diqqət çəkməyin vaxtıdır”, deyə Kandelaki yazıb.

Poliqon.info