Biznesmen ABŞ-ın mərmi və raketlərinin qurtardığını açıqlayıb

Ukraynaya tədarük etdiyi üçün ABŞ-ın “Patriot” raketləri və artilleriya mərmiləri tükənir...

Ukraynaya təchizat hesabına ABŞ-ın “Patriot” zenit-raket kompleksləri və artilleriya mərmiləri tükənib.

Poliqon xəbər verir ki, bu barədə amerikalı biznesmen və investor Devid Saks X sosial şəbəkəsində bildirib.

“Bizim “Patriot”ların raketləri və artilleriya mərmiləri tükınib. Bu əvvəlcədən proqnozlaşdırılmışdı”, deyə biznesmen yazıb.

Saks əlavə edib ki, ATACMS raketləri və Tomaqavk qanadlı raketləri Kiyevə təhvil verilsə, onlar da tükənəcək.

Poliqon.info