EEVZA: Azərbaycan millisi yenə də uduzdu - Yenilənib  

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxıb.

“Report” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb.

Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub.

U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

***

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxacaq.

“Report” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Ukrayna ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya 0:3 hesabı ilə məğlub olub. U-20 yanvarın 6-da Litva, bir gün sonra isə Polşa ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Poliqon.info