Rəisinin təhdidi: Hücuma cavab veriləcək...

Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir...

Poliqon axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib.

İran prezidenti bildirib ki, ABŞ bölgədə islami dəyərlərə sahib başqa bir İsrailin formalaşdırmağa çalışırdı:

"Bu planları isə alınmadı. Mən bu hadisə ilə bağlı xalqımızı arxayın edirəm. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək".

Poliqon.info