Finlandiyada 21-ci əsrin rekord mənfi temperaturu qeydə alınıb

Finlandiyada 21-ci əsrin temperatur rekordu - mənfi 44,3 dərəcə qeydə alınıb...

Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Finlandiya Meteorologiya İnstitutu məlumat yayıb.

“Bu gecə Finlandiyada 21-ci əsrin ən aşağı temperaturu qeydə alınıb. Belə ki, Enontekiyo hava limanında temperatur mənfi 44,3 dərəcəyə enib”, - məlumatda bildirilib.

Digər tərəfdən, cümə axşamı səhər saatlarında ölkənin cənub və cənub-qərb bölgələrində kəskin şaxta ilə əlaqədar 20 min nəfər işıqsız qalıb.Bundan başqa, Finlandiyanın VR dövlət dəmir yolu şirkəti şiddətli şaxtalarla əlaqədar həftənin sonuna qədər bəzi uzun məsafəli qatarları ləğv edib. Şirkət ləğvin təxminən 10 min sərnişinə təsir edəcəyini bildirib.

Qeyd edək ki, Enontekiyo Finlandiyanın ən şimal yaşayış məntəqələrindən biridir və burada təxminən 1800 nəfər əhali yaşayır.

Poliqon.info