Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib, 23 hərbiçi öldürülüb

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib...

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasına endirdiyi zərbələr nəticəsində 23 hərbçi öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Ölənlərdən 5-nin zabit olduğu bildirilib.

Həlak olanların sayının artacağı istisna deyil.

Ukrayna Silahlı Qüvvələrinin konkrt olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.

***

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb.

Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 nəfər yaralanıb.

Daha bir PUA isə Novorossiysk vilayətində vurulub.

Poliqon.info