"Real" 62 ildən sonra rekordunu təkrarladı

İspaniyanın "Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb.

Poliqon report-a istinadən xəbər verir ki, Madrid təmsilçisi cari mövsüm çempionatda 19 oyunda 11 qol buraxmaqla buna nail olub.

Bu, "kral klubu"nun La Liqa tarixindəki ən yaxşı göstəricisinin təkrarıdır.

Komanda 1961/1962 mövsümündə 19 matçda qapısında eyni sayda top görüb və həmin vaxt çempion olmuşdu.

Qeyd edək ki, "Real" hazırda 48 xalla liderdir. İkinci sıradakı "Jirona" da eyni xala malikdir.

Poliqon.info