ABŞ Ukraynaya verməyə pulu yoxdur - Rəsmi...

Ağ Evdən rəsmi açıqlama: ABŞ-ın Ukraynaya əlavə dəstək vermək üçün pulu yoxdur...

ABŞ-ın Ukraynaya əlavə dəstək vermək üçün pulu yoxdur və yeni yardım paketləri Konqresin təsdiqini tələb edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

“Prezident son paketi imzaladı. Ukraynaya dəstəyi davam etdirə bilməmiz üçün bizə razılıq lazımdır”, -deyə o əlavə edib.

Onun sözlərinə görə, Ukraynaya maliyyə dəstəyinin son paketini ABŞ prezidenti Co Bayden 2023-cü il dekabrın 27-də imzalayıb, lakin vəsait hələ tam şəkildə Kiyevə daxil olmayıb. Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, Qərb tərəfdaşlarından hərbi yardımın çatışmazlığı ilə bağlı Kiyevin heç bir planı yoxdur.

Poliqon.info