Harvard Universitetinin rəhbəri istefa verməyə məcbur oldu

Harvard Universitetinin prezidenti, universitetin ilk afroamerikalı nümayəndəsi və bu vəzifəni tutan ikinci qadını Klodin Qey istefa verdiyini açıqlayıb. 

O bu qərarın inanılmaz dərəcədə çətin olduğunu bildirib.

“Şura üzvləri ilə məsləhətləşmələrdən sonra məlum oldu ki, mənim istefa verməyim universitetin xeyrinədir”, - deyə o vurğulayıb.

Onu müvəqqəti olaraq, prorektor Alan Qarber əvəzləyəcək. (oxu.az)

Poliqon.info