İkinci Dünya Müharibəsindən sağ çıxan məşhur aktrisa ağır yaralandı

Bu gün səhər saatlarında Xarkovda Rusiyanın raket hücumu nəticəsində aktrisa yaralanıb. 89 yaşlı Viktoriya Timoşenko Xarkov Akademik Dram Teatrının aktrisasıdır.

Poliqon sfera.az-a istinadən xəbər verir ki, Ukrayna mediası qadının İkinci Dünya Müharibəsindən sağ çıxdığını və Ukraynanın Əməkdar artisti olduğunu yazıb.

Hadisə barədə aktyor Yevgeni Safonov sənətçinin nəvəsinə istinadən məlumat verib.

Safonovun sözlərinə görə, əvvəlcə Viktoriya Timoşenkonun nəvəsi aktrisanın öldüyünü desə də, sonradan məlum olub ki, qadın Xarkov xəstəxanasında reanimasiyada çox ağır vəziyyətdədir.

Qeyd edək ki, Viktoriya Timoşenko 1934-cü ildə anadan olub, Dünya Müharibəsindən sağ çıxıb, Ukraynanın əməkdar artistidir.

Xarkov Akademik Dram Teatrı isə 1933-cü ildə Xarkovda yaradılmışdır.

1971-ci ildə A. S. Puşkin adına Xarkov Dövlət Dram Teatrı akademik adını aldı. 24 dekabr 2022-ci ildə teatrın adı Xarkov Vilayət Şurasının deputatları tərəfindən dəyişdirilib.

Bu gün səhər saatlarında ruslarıb hava hədəflərinin bir hissəsi Xarkov istiqamətinə yönəldilib. Dağıntı və tələfatla nəticələnən hücum zamabl "Kinjhal" aeroballistik raketlərindən istifadə edilib. 45 ukraynalı yaralanıb, 1 nəfər ölüb. Xilasetmə əməliyyatı davam etdiyi üçün, bu ilkin məlumatlardır.

Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov ölən şəxsin 91 yaşlı qadın olduğunu bildirib. Xarkov tibb müəssisələrində təcili yardıma ehtiyacı olan 38 nəfər var.

Ümumilikdə ən azı 6 raket zərbəsi endirilib. Zərbələr şəhərin Şevçenko rayonunda baş verib. Zərərçəkənlər arasında Xarkov Vilayət Şurasının sədrinin müşaviri Natalya Popova da var. O, azyaşlı oğlu ilə birlikdə yaralansa da, möcüzə nəticəsində ağır xəsarətlərdən xilas olub.

Poliqon.info