Sumqayıtda piyadaların yolu keçməsi üçün dörd saniyə vaxt verən işıqfor barədə açıqlama 

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Sumqayıt şəhərində quraşdırılan və müzakirələrə səbəb olan işıqforla bağlı daha bir açıqlama verib.

BDYPİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sülh və Koroğlu küçələrinin kəsişməsində quraşdırılan işıqforda piyadaların yolu keçməsi üçün cəmi dörd saniyə vaxt verilməsi texniki nasazlıq səbəbindən olub:

“Həmin ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən problem aşkar olunub və aidiyyəti üzrə məlumat verilib. Artıq texniki nasazlıq aradan qaldırılıb”.

***

Sumqayıt şəhərində quraşdırılan işıqfor müzakirələrə səbəb olub. 

Belə ki, şəhərin Sülh küçəsində piyadaların işıqfordan keçməsi üçün cəmi dörd saniyə vaxt verilib.

Bu da vətəndaşların haqlı iradına səbəb olub.

Məsələ barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Oxu.Az-a bildirilib ki, həmin küçədəki işıqforla bağlı yaranan problemin həlli üçün işlər görülür.

Poliqon.info