Azərbaycan millisi EEVZA çempionatına 14 voleybolçu ilə hazırlaşır

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına hazırlaşır.

Poliqon-nun məlumatına görə, komanda məşqlərini Azərbaycan Voleybol Federasiyasının İdman zalında, həmçinin, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçir.

Təlim-məşq toplanışına 14 voleybolçu cəlb olunub.

Qeyd edək ki, EEVZA çempionatı 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunacaq. Azərbaycan millisi AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışa yanvarın 10-da yola düşəcək. Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda ilk oyununu yanvarın 11-də Estoniya kollektivinə qarşı keçirəcək.

Poliqon.info