Bakıda yol çöküb: Sıxlıq yarandı

Bakıda 9-cu mikrorayonda yol çöküb...

Mir Cəlal küçəsində yolun çökməsi həmin istiqamətdə nəqliyyatın hərəkətinə maneə yaradıb. Əraziyə DYP əməkdaşları cəlb ediliblər.

AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin əməkdaşları və aidiyyəti qurumun əməkdaşları ərazidədirlər: “Hazırda çökmüş ərazidə qazıntı işləri aparılır.

Problemin yaranma səbəbi yerindəcə müəyyən edilib aradan qaldırılacaq. Daha sonra gün ərzində agentliyin əməkdaşları tərəfindən sözügedən əraziyə yeni asfalt-beton örtüyü döşənəcək”.

Poliqon.info