ABŞ İsrailə Hizbullah və HƏMAS-a qarşı eyni vaxtda əməliyyat keçirməyə icazə verməyib

Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra İsrail şiə Hizbullah partiyasının silahlı qanadı və HƏMAS hərəkatına qarşı eyni vaxtda hərbi əməliyyatlar keçirməyi planlaşdırsa da, ABŞ İsraili bu niyyətlərdən çəkindirib...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Guardian qəzeti yazıb.

"Oktyabrın 7-dən sonra ilkin olaraq HƏMAS və Hizbullaha qarşı eyni vaxtda hücumlar planlaşdırdığı bildirilən baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hərbi kabineti ABŞ-ın təzyiqi ilə fikrindən daşınıb", deyə nəşr qeyd edib.

Qeyd olunur ki, o vaxtdan İsrailin rəsmi mövqeyi Qəzza zolağında HƏMAS-ın məhv edilməsinin onun əsas prioriteti olmasıdır.

Bundan əvvəl hərbi ekspert, Yaxın Şərqdə hərbi-strateji məsələlər üzrə ixtisaslaşmış livanlı general Naci Malaib Livan-İsrail sərhədində qarşıdurmanın genişlənməsi ilə bağlı hərbi ssenarinin baş vermə ehtimalının artması ilə bağlı fikir bildirib.

Poliqon.info