2023-cü ilin ən məşhur idmançıları açıqlanıb

"Hooper HQ" şirkəti Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunu 2023-cü ilin ən populyar idmançısı hesab edib...

"Report" xəbər verir ki, ikinci sırada Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi qərarlaşıb.

İlk "üçlüy"ü hindistanlı kriketçi Virat Kohli tamamlayıb. Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar dördüncü, ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms isə beşincidir.

Poliqon.info