Qız uşaqlarında ginekoloji müayinə nə vaxt başlamalıdır?

Qız uşaqlarının reproduktiv sağlamlığını erkən nəzarətə götürmək üçün ideal və vacib yaş açıqlanıb...

Poliqon medicina.az-a istinadən xəbər verir ki, rusiyalı ginekoloq Yelena Uvarova 13-14 yaşında ginekoloji müayinənin aktual olduğunu bildirib.

"İldə cəmi 1 dəfə 12-13 yaşdan başlayaraq, analar qızlarını ginekoloji müayinəyə gətirməlidir.

Hazırda erkən cinsi yetişkənlik və cinsi həyat aktual olduğu üçün burda 1 il belə əhəmiyyətlidir. Qızlar ginekoloqla nə qədər tez tanış olsalar, o qədər yaxşıdır.

12-13 yaşında hələ menstruasiya olmayan, süd vəziləri yetişməyən qızlar 17 yaşına kimi gözləməməldir. Bu artıq cinsi yetişkənlikdə geri qalmaqdır.

Dünyada ilk menstruasiya yaşı 11-12 yaş arasıdır. 13 yaş bu baxımdan da pozuntuları aşkar etmək üçün uyğundur.

Qızlarda 3-5 aydan artıq gecikmə yumurtalıq polikistozunun əlaməti ola bilər. Bu problem erkən yaşda müalicə olunsa, reproduktiv sağlamlıq qoruna bilər".

Poliqon.info