Tibbi tullantıların sterilizasiyasından sonra enerji əldə ediləcək

Tibbi tullantıların sterilizasiyasından sonra enerji əldə ediləcək...

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses növbəti ildən başlaya bilər: "Hazırda Azərbaycanda tullantıların zərərsizləşdirilməsi üçün kifayət qədər yollar var. Qarşımızda duran əsas məqsədlərdən biri tullantıların düzgün utilizasiyasını həyata keçirməkdir. Dünyanın bir çox ölkəsində tibbi tullantıların sterilizasiya edilərək təhlükəsiz tullantılara çevirmə təcrübəsi var. Bundan sonra həmin məhsul təkrar xammal kimi istifadə edilir".

Nazirlik rəsmisi vurğulayıb ki, "Təmiz şəhər" ASC artıq buna bənzər layihəyə başlayır: "Gələn il Balaxanıda quraşdırılacaq iki qurğu vasitəsilə təhlükəli tibbi tullantıların təhlükəsiz tullantılara keçirilməsini həyata keçiriləcək. Onlar zavodda yandırılaraq əlavə enerji əldə olunacaq. Bu da bir növ təkrar tullantıdan enerji məqsədilə təkrar istifadəyə daxil olur".

Poliqon.info