Afrika artıq ABŞ-ın əsas prioriteti deyil

Amerika hakimiyyəti Afrika ölkələri ilə münasibətlərə az diqqət yetirməyə başlayıb...

Poliqon xəbər verir ki, bu fikri politoloq mütəxəssis Yinka Adeqoke Amerikanın "Semafor" portalına deyib.

Yinka Adeqokenin fikrincə, Afrika yenidən ABŞ-ın prioritetlər siyahısında aşağı pillələrə düşmüş kimi görünməyə başlayıb.

O, Afrika qitəsinə marağın azalmasının səbəblərindən danışaraq, ABŞ-ın Ukraynadakı münaqişəyə və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatına diqqətinin artmasını qeyd edib. Politoloq qeyd edib ki, bir il əvvəl Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitinin yekunlarına əsasən, 2023-cü ildə Amerika lideri Co Baydenin qitə ölkələrinə səfəri planlaşdırılsa da, bu səfər baş tutmayıb.

Qeyd edək ki, ötən gün "The Guardian" da ABŞ Afrikanı diqqətdən kənarda qoyduğunu yazmışdı. Qəzet qeyd edir ki, ABŞ və Avropa İttifaqı Ukrayna və Qəzza zolağında yaranmış gərgin vəziyyətə görə Sudandakı münaqişəyə az diqqət yetirməyə başlayıb. Nəşrə danışan politoloqları qeyd ediblər ki, Sudandakı 8 aylıq böhran dövründə Ağ Ev rəhbəri heç vaxt vəd etdiyi xüsusi elçisini ölkəyə göndərməyib.

Poliqon.info