İran dörd nəfəri MOSSAD-la əməkdaşlıq ittihamı ilə edam edib

İran yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İsrailin MOSSAD kəşfiyyat xidməti ilə əlaqəsi olan 4 nəfəri edam edib...

Poliqon xəbər verir ki, bu barədə yerli “Mizan” Agentliyi məlumat yayıb. Agentlik yazır ki, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə on nəfər həbs edilib.

Agentliyin dərc etdiyi Qərbi Azərbaycan əyalətinin məhkəməsinin qərarından belə çıxır ki, Vəfa Henare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazi pul mükafatı müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırıblar.

İddia olunur ki, bu yolla onlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar.

Poliqon.info