Goranboyda 30 yaşlı kişi yanacaqdoldurma məntəqəsində bıçaqlanıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yeni Qəsəbəsə adlanan ərazidəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisini törədən şəxs polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Poliqon.info