Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum Dnestryanısız keçiriləcək

Dnestryanı əraziyə rəsmi hakimiyyət tərəfindən nəzarət olunmadığı üçün respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirilə bilməz...

Poliqon "Veridica"ya istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, Dnestryanı bölgənin ərazisində seçki məntəqələri açmaq mümkün deyil, çünki bu ərazi konstitusiya orqanları tərəfindən idarə olunmur.

Maya Sandu vurğulayıb ki, Dnestr çayının sol sahilinin sakinləri sağ sahildəki seçki məntəqələrinə səs verə bilərlər.

Bundan əvvəl Moldova prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə ümumxalq referendumu keçirmək niyyətində olduğunu bəyan edib.

Hələ 2020-ci ildə şərti olaraq Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti seçilib. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdən sonra parlamentdə çoxluq qazanmağa və Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirməyə nail olub. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb. Bu ilin 14 dekabrında isə Alyans ölkələri həmçinin Ukrayna və Moldovanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamaq, Gürcüstana isə namizədlik statusu vermək qərarına gəliblər.

Bundan əvvəl Avropa İttifaqının Moldovadakı nümayəndə heyətinin rəhbəri Yanis Mazeiks bildirikb ki, respublikanın quruma üzvlüyünə qədər Dnestryanı problemin həll olunacağına ümid edir. Yanis Mazeiks Moldovanın Dnestryanı olmadan Alyansa daxil olmasının mümkünlüyünü də etiraf edib:

"Ümid edirik ki, Moldova Avropa İttifaqına daxil olanda bu problem həll olunacaq. Bu mərhələdə biz sülh yolu ilə həll axtarışlarını dəstəkləməyə davam edəcəyik. Ümid edirik ki, bu, Moldova Alyansa daxil olana qədər problemi həll edəcək. Lakin bu, yeganə mümkün variant deyil".

Onun sözlərinə görə, Brüssel Avropaya inteqrasiya prosesinin Dnestryanı münaqişənin həllindən asılılığı problemi ilə üzləşmək istəməzdi.

Poliqon.info