Lavrov: Ermənistan Rusiya ilə müttəfiqliyini Qərbin dumanlı vədləri ilə dəyişməyə çalışır...

Qərbin təlqininə uyan İrəvan Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır...

Poliqon xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS Agentliyinə eksklüziv müsahibəsində deyib.

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Ermənistan rəhbərliyi Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyini hətta Qərbin konkret yardımı ilə deyil, yalnız dumanlı vədlərlə mübadilə edir”, deyə Rusiya diplomatik departamentin rəhbəri bildirib.

“Strateji dönüş kursuna haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”, deyə Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və belə də qalır.

Poliqon.info