Sumqayıt-Pirşağı-Bakı qatarlarının hərəkəti tam bərpa olunub - Yenilənib

Sumqayıt-Pirşağı-Bakı istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat yayıb.

Bildirilir ki, bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq “Azərişıq” ASC tərəfindən aradan qaldırılıb.

***

Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.

“Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib”, - deyə qurum vurğulayıb.

Poliqon.info